Neft kimyası

üzvi kimyanın bir bölməsi. Neftin və neft fraksiyalarının tərkibini, fiziki-kimyəvi xasələrini və kimyəvi emal üsularını öyrənir.
Neft kəməri
Neft kimyası sənayesi
OBASTAN VİKİ
Neft kimyası və neft emalı prosesləri (jurnal)
Neft kimyası və neft emalı prosesləri — Azərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun jurnalı. Jurnalda neft kimyası tarixi, neft emalında yaranan müxtəlif problemlərin həlli yolları, elmi-tədqiqatların nəticələri nəşr olunur. Lisenziya seriyası AB № 022696 Qeydiyyat nömrəsi 496, 09.02.2000 p-ISSN 1726-4685 e-İSSN 2519-2876 2011-ci ildən Inspec bazasına daxil edilmişdir 2016-cı ildən "Web of science" bazasına daxil edilmişdir 2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib. == Tarixi == Hər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatı, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri ilə bağlı məsələlər öz əksini tapır. Jurnalın bu sayında kimyəvi kinetika və kataliz, neft kimyası, neft emalı və bunların ekoloji problemləri ilə bağlı məqalələr öz əksini tapmışdır. == Redaksiya heyəti == Vaqif Abbasov – (baş redaktor) Oleq Sinyaşin - (baş redaktorun müavini) Musa Rüstəmov - (baş redaktorun müavini) Vaqif Fərzəliyev – (baş redaktorun müavini) Leylufər Əliyeva – (məsul katib) Nabil N.Eldin Abdellah Rövnəq Abdullayev Elşad Abdullayev Ahmed M.Al-Sabagh Elmar Abdullayev Vaqif Əhmədov Hafiz Əlimərdanov İsmayıl Əliyev Mehmet Hakki Alma Ziyafəddin Əsədov Ramil Baxtizin Vladimir Ciçiashvili Ahmed M.El-Saghier Arif Həsənov Dmitriy Grishin Asgat Gumerov Mahammad Haqiqi Hikmət İbrahimov Minavər İbrahimova Etibar İsmayılov Sakit Rəsulov Vladimir Kapustin Beykəs Xıdırov Valeriy Lunin Anton Maksimov Vahid Mammadov Eldar Məmmədbəyli David Məmmədov Məhərrəm Məmmədyarov Abel Məhərrəmov Shaaban K.Mohamed Soltan Mohammadzadeh J.S. Nazim Z.Muradov Camal Musayev Tofiq Nağiyev Füzuli Nəsirov Dilqəm Tağıyev Nurseli Uyanik Kərim ZareKompüter tərtibatı F.Ə.Gərayeva X.Ə.CavadovaKorrektor L.P. ZyablovaTərcüməçi D.R.Nurullayeva == Bölmələr == Neft kimyası Neft emalı Üzvi kimya Yüksəkmolekullu birləşmələr Kimyəvi kinetika və kataliz Kimya texnologiya prosesləri və aparatları Ximmotologiya Neft emalı və neft kimyası sənayeləri iqtisadiyyatı Neft emalı və neft kimyası proseslərinin optimallaşdırılması Neft kimyası və neft emalının ekoloji problemləri Qısa məlumat == Müəlliflər üçün qaydalar == 1. Ümumi əsaslar 1.1. Jurnal müəlliflərin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq neft kimya və neft emalı üzrə aktual problemlərinə aid olan işləri çap etdirir. Jurnalda çap etdirmək üçün orijinal tədqiqatların nəticələri göstərən məqalə formasında, qısa məlumat və redaktora məktub şəklində olan materiallar, o cümlədən analitik icmallar və informasiya təqdim edilə bilər.
Aşqarlar kimyası
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarix == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
Hidrotəmizləmənin kimyası
Hidrotəmizləmənin kimyası Hidrogen vasitəsilə təmizləmə prosesi sənayedə benzin və dizel yanacaqlarından arzuolunmayan birləşmələrin kənarlaşdırılması üçün geniş tətbiq olunur. Son zamanlar bir çox ölkələrdə, ABŞ və bir çox ölkələrdə hidrogen vasitəsilə mazutların da tərkibindən arzuolunmayan maddələrin kənarlaşdırılması üçün də istifadə edirlər. Bir qayda olaraq hidrotəmizləmə prosesi hidrogen mühitində alümo-kobaltmolibden katalizatorlarından istifadə elməklə 3-7 MPa təzyiq, 330-450ºC temperatur, 1-9 saat-1 həcmi sürət (xammalın) və 65-94% (həcm) hidrogen olmaqla aparılır. Hidrotəmizləmə prosesi katalizatorlarda kükürdlü (sulfidlər, tiofenlər, disulfidlər, merkaptanlar və s.), azotlu (piridin, pirrol və s.) və oksigenli üzvi bir- ləşmələrin (fenollar və başqaları) iştirakı ilə baş verən hidrogenləşmə reaksiyasına əsaslanır. Hidrotəmizləmə zamanı hidrogenləşmə reaksiyaları ilə yanaşı, paralel olaraq arzuolunmayan birləşmələrin hidrogen sulfid, ammonyak və suyun əmələ gəlməsi ilə kənarlaşdırılması müşahidə olunur( Şəkil 1). Katalitik hidrotəmizləmə zamanı baş verən reaksiyalar iki qrupa ayrılmaqla təsnif olunur: hidrogenoliz və hidrogenləşmə. Hidrogenolizdə bir karbon-heteroatom rabitəsi hidrogen vasitəsilə ayrılır. Hidrogenləşmədə hidrogenin molekula əlavə olunması rabitə qırılmadan baş verir. Katalitik hidrotəmizləmə zamanı əsas hidrogenoliz və hidrogenləşmə reaksiyaları aşağıda təsvir edilmişdir. == Hidrogenoliz reaksiyaları == Hidrokükürdsüzləşmə.
Nüvə kimyası
Nüvə kimyası — radioaktiv reaksiyaları öyrənir. == Nüvə kimyası == 1934-cü ildə İtalyan elm adamı Enrico Fermi Romada etdiyi təcrübələr nəticəsində neytronların çoxu atom növünü bölə biləcəyini tapdı. Uran neytronlarla bombalandığında gözlədiyi elementlər yerinə urandan daha çox yüngül atomlar tapdı. 1938-ci ildə də Almaniyada Otto Hahn və Frittz Strassman radium və berilium içern bir qaynaqdan uranı neytronlarla bombaladıqlarında Baram-56 kimi daha yüngül elementlər tapınca çaşdılar. Bu işlərini göstərmək üçün Nasist Almaniyasından qaçmış Avstraliyalı elm adamı Lisa MEITNER' e apardılar. MEITNER o sıralarda Otto R. Fris ilə birgə çalışırdı. Etdikləri təcrübələr nəticəsində ibarət olan/yaranan baram və digər yeni ibarət olan/yaranan maddələri uranın bölünməsi nəticəs(n)i ibarət olan/yaranan maddələr olduğunu düşündülər, amma reaksiyaya girən maddənin atom kütləsiylə məhsulların atom kütlələri bir-birini tutmurdu. Sonra Eynşteynin E=mC2 düsturunu istifadə edərək ortaya enerji çıxışını tapdılar, beləcə həm fisyon həm də kütlənin enerjiyə çevrilməsini nəzəriyyəsini ispat etdilər. 1939-cü da Bohr Amerikaya gəlir. Hahn Strassman Meitnin araşdırmalarıyla maraqlanırdı.
Plazma kimyası
Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına rəğmən gündə 75 ton asetilen istehsal edir.
Polimerlər kimyası
Polimerlər kimyası — == Ümumi məlumat == Hazırda yüksəkmolekullu birləşmələr kimyası böyük sürətlə inkişaf edən müstəqil elm sahələrindən biridir. Müasir dövrdə insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada polimerdən istifadə olunmasın. Polimer maddələr çox qədim zamanlardan mövcuddur. Lakin, bir çoxları güman edirlər ki, bu maddələr kimyaçılar tərəfindən suni və ya sintetik üsulla alınandan sonra məlum olmuşdur. Bu düzgün fikir deyildir. Belə ki, üzvü maddələrin sintetik üsulla alınmasına XIX əsirin əvvəllərindən başlandığı halda, polimer maddələr 100 min ildən əvvəl də məlum olmuşdur. İnsanlar yarandığı gündən bəri gündəlik həyatında daima polimer maddələrlə əlaqədə olmuşdur. Belə ki, ağacın əsasını təşkil edən sellüloz, yun, kətan və kəndir lifləri, gön buğda və kartofun əsasını təşkil edən nişasta və s. polimer maddələr sırasına daxildir. Bütün bunlar həmişə həyat üçün ən vacib vəsait olmuşdur.
Qida kimyası
Qida kimyası – canlı materiyanın kimyəvi tərkibini, insan, heyvan, bitki və mikroorqanizmlərin həyat fəaliyyətini təşkil edən kimyəvi çevrilmələri və bu çevrilmələr zamanı orqanizmdə baş verən dəyişiklikləri öyrənən elmdir. == Tarixi == Qida kimyası müstəqil elm kimi XIX əsrin ortalarında yaranmışdır. Onun bir elm kimi formalaşmasında üzvi kimyanın, fiziologiyanın və anatomiyanın böyük rolu olmuşdur. Lakin onun sürətlə inkişafı XX əsrdən başlayır. XX əsrin başlanğıcında bioloji kimyanın kimyəvi əsasları yaranmşdır. Bu dövrdə canlı materiyanın tərkibinə daxil olan birləşmələrin əsas tipləri ayırd edilmişdir. XX əsrin ortalarından sonra bioloji kimya sürətlə inkişaf etdi. Molekulyar biologiya, gen mühəndisliyi, biotexnologiya, bioqeyri-üzvi və bioüzvi kimya kimi elm sahələrinin yaranması və inkişafı bioloji kimyanın sürətli inkişafına stimul yaratdı. == Mexanizmi == Biokimyəvi proseslər termodinamikanın (termokimyanın) qanunları ilə sıx bağlıdır. Biokimyəvi reaksiyalar ani vaxtda millisaniyə (ml.
Səs kimyası
Səs kimyası və ya sonokimya — möhkəm akustik dalğaları öyrənir. == Ədəbiyyat == Маргулис М.А. Основы звукохимии. Химические реакции в акустических полях. — М.: Высшая школе, 1984. — 272 с. — 300 экз. == Xarici keçidlər == – The Chemical and Physical Effects of Ultrasound by Prof.
Tietanlar kimyası
Tietanlar – başqa sözlə trimetilsulfid molekulunda bir kükürd saxlayan dördüzvlü heterotsiklik birləşmələr sinifinə mənsubdur. == Tətbiqi == Tietan molekulundakı karbon atomları sp3-hibrid halındadır. Onlar müxtəlif kükürdüzvi birləşmələrin alınmasında, bəzi törəmələri isə sürtkü yağlarına əlavə olunan aşqar kimi tətbiq edilir. == Tietanların sintezi == Tietanların sintezi və onların xassələrinin tədqiqi yalnız 60-cı illərdən sonrakı dövrü əhatə edir. Məhz 60-cı illərdən başlayaraq tietanlar kimyası tədqiqatçıların diqqət mərkəzində olub. Tietanları sintez etmək üçün yeni üsullar işlənib hazırlanmış və onların tətbiq sahələri müəyyənləşdirilmişdir. Tietanların alınmasının ən qədim və əsas üsulu dihalogenidlərin natrium, kalium sulfid və ya hidrosulfidlər ilə qarşılıqlı reaksiyasına əsaslanır. == Tietanların əsas istiqamətləri == Tibbi məqsədlər üçün dərman maddələri kimi istifadə edilə bilərlər. Kənd təsərrüfatında tietan törəməsi ziyanvericilərə qarşı işlədilən kimyəvi maddələrin alınmasında aralıq məhsul kimi işlədilir. Boruları və şüşə qabları əvəzedən materialların alınmasında geniş istifadə edilir.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
Təbii birləşmələr kimyası
Təbii birləşmələr kimyası ( TBK ) — canlı orqanizmləri təşkil edən kimyəvi birləşmələri, onların çevrilməsinin təbii yollarını və süni alınma üsullarını araşdıran üzvi kimya bölməsidir. Bir elm olaraq, üzvi kimya ilə eyni vaxtda meydana gəlib. Canlı orqanizmlərdə olan kimyəvi maddələrin quruluşunun, onların xassələrinin və bu sahədə çox böyük sayda məlumatların toplandığının nəticəsi kimi, TBK-n klassik üzvi kimyadan ayırmaqla onu müstəqil intizam kimi tanımaq zərurəti yaradıb.
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər.Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Neft Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Yerli sakinlər su üzərinə yayılmış nefti vedrələrlə yığıb istifadə edirlərmiş. Sakit, küləksiz günlərdə dənizə yanan bir kağız düşəndə həmin yer bir an içində alova bürünərmiş. Gecələr bu mənzərə daha cazibədar olurmuş. Bayram günlərində və ya hörmətli qonaqlar gələndə bu möcüzəli atəşfəşanlıq məxsusi nümayiş etdilər, hamını heyrətləndirərdi. == Ümumi məlumat == Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir.
Neft körfəzi
İran körfəzi həmçinin Fars körfəzi (fars. خليج فارس‎ - Xəlic-e Fars; ərəb. الخليج الفارسی‎ - əl-Xəlicül-Farsi, əl-Xəlic əl-Farsi) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fors Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir. Fars Körfəzi İncili üçün Qeydiyyat Sertifikatında bu adın tanınması su orqanının adının belə bir şəkildə tanınmasını göstərdi. Beynəlxalq müqaviləyə əsasən bu razılaşmaya əsasən heç bir ölkə, hökumət və təşkilat Fars körfəzinə istinad etmək üçün başqa bir ad istifadə edə bilməz.Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Fars körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Fars körfəzi dənizlərlə oxşardır. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fors Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. == Platforma növləri == Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) == Ən yüksək neft platformaları == Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr == Xarici keçidlər == Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Neft qiymətləri
Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi. Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur. Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir. Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir. == Tarixi == XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi . 1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.
Neft tankeri
Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.
Neft yataqları
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft yatağı
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft müharibəsi
Neft müharibəsi — neft ehtiyatları və ya onların daşınması, istehlakı və ya tənzimlənməsi ilə bağlı münaqişə. Termin ümumiyyətlə neft ehtiyatlarını ehtiva edən və ya təşkilatın neft məhsulları üçün hasilat və ya nəqliyyat infrastrukturuna malik olduğu və ya inkişaf etdirmək istədiyi coğrafi mövqedə yerləşən regionda hər hansı münaqişəyə aid edilə bilər. Bu, həmçinin bir sıra xüsusi neft müharibələrindən hər hansı birinə istinad etmək üçün istifadə olunur. Emili Meyyerdinq tərəfindən aparılan tədqiqatlar neft müharibələrini əsasən mif kimi xarakterizə etmişdir. O, neft müharibələrinin tərəfdarlarının xarici neft yataqlarını ələ keçirmək və istismar etmək qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini və beləliklə də neft müharibələrinin dəyərini şişirtdiyini müdafiə etmişdir. Meyyerdinq adətən neft müharibələri kimi təsvir edilən dörd hadisəni ( Yaponiyanın İkinci Dünya müharibəsində Niderland Ost-Hindinə hücumu, İraqın Küveyti işğalı, İran-İraq müharibəsi və Boliviya ilə Paraqvay arasında Çako müharibəsi) tədqiq etmiş, əlavə neft ehtiyatlarına nəzarət münaqişələrdə təcavüzün əsas səbəbi olmadığı qənaətinə gəlmişdir.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
AMEA Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
Aşqarlar Kimyası İnstitutu (Azərbaycan)
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
вда́влинка несура́зно обо́йный по-мона́шески ассисти́ровать ба́цнуться всхра́пывание гонча́рничать кот лохма́титься неуме́ренность шампиньо́н alveary annual ring brinkman open-mindedness pattern-drawer petroleum fly Resistance movement scalding small cranberry отечь полотёр проездиться турель